Bakı. Trend:
Beyləqanda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iqtisadiyyat naziri Şahin Mustafayevin mayın 20-də Beyləqanda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.