...

"PAŞA Həyat" məzunların işlə təmin olunmasına daim dəstək göstərir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2016 12:23 (UTC +04:00)
Azərbaycan sığorta bazarının ən iri şirkəti olan “PAŞA Həyat Sığorta” şirkəti Gəncə şəhərində keçirilən “Məzun-2016” yarmarkasının iştirakçısı olub.
"PAŞA Həyat" məzunların işlə təmin olunmasına daim dəstək göstərir (FOTO)

Bakı. Trend:

Azərbaycan sığorta bazarının ən iri şirkəti olan "PAŞA Həyat Sığorta" şirkəti Gəncə şəhərində keçirilən "Məzun-2016" yarmarkasının iştirakçısı olub.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə keçirlən məzun yarmarkasında ölkənin 36 rayonundan 130-a yaxın müəssisə və təşkilat 700-dən çox vakant iş yerlərini elan edib.

Yarmarkda "PAŞA Həyat"ın "Qərb filialı"nın əməkdaşları məzunlara "satış üzrə mütəxəssis" vakansiyasını təklif ediblər. Bu vakansiya ilə maraqlanan məzunlara gələcəkdə işlə təmin edilməsi üçün "İşə müraciət üçün ərizə" formaları təqdim olunub. Yarmarkada onlarla məzun ərizə formalarını dolduraraq "PAŞA Həyat"ın əməkdaşlarına təqdim ediblər.

Qeyd edək ki, "PAŞA Həyat Sığorta" şirkətinin həyata keçirdiyi korporativ sosial layihələr çərçivəsində ali təhsil ocaqları ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edən sahələrdən biridir.

"Təcrübəni bölüş" layihəsini, eləcə də 2013-cü ilin iyul ayından başlayan "Sığorta və sığorta mədəniyyəti" adlı uzunmüddətli maarifləndirici layihələri misal gətirmək olar.

"Təcrübəni bölüş" adlı layihənin məqsədi şirkətdə çalışan uğurlu iş adamlarının tələbələrlə öz karyera təcrübəsini bölüşərək onlara gələcək iş həyatında faydalı məsləhətlər verərək onların kariyera imkanlarını daha düzgün istiqamətə yönləndirməkdən ibarətdir.

"Sığorta və sığorta mədəniyyəti" layihəsinin məqsədi isə iqtisadi sahədə təhsil alan tələbələrin sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqlarını, həmçinin bilik və bacarıq qabiliyyətlərini daha da artırmaq, eyni zamanda cəmiyyəti sığorta sahəsi haqqında maarifləndirməklə yanaşı, sığorta bazarının inkişafına dəstək olmaqdır.

İndiyədək bu layihəs üzrə təşkil olunan təlimlərdə müxtəlif ali təhsil ocaqlarından 1800-dək tələbə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti