...

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində struktur dəyişiklikləri davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2016 23:04 (UTC +04:00)

Bakı. Trend:

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində struktur dəyişiklikləri ilə bağlı nazirliyin regional səlahiyyətli nümayəndəsi struktur vahidləri ləğv olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bununla bağlı fəaliyyət göstərən 21 regional səlahiyyətli nümayəndə tutduğu vəzifədən azad olunub.

Həmin səlahiyyətli nümayəndələrin funksiyası nazirliyin strukturuna daxil olan regional qurumların fəaliyyətinə nəzarət etmək olub.

Xəbər lenti

Xəbər lenti