...

Malena Mard: Azərbaycanın nəqliyyat və logistik mərkəzə çevrilməsi üçün böyük potensialı var (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2016 11:46 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) 2016-cı ilədək Azərbaycanda TAIEX proqramı xətti üzrə müxtəlif sahələrdə 213 layihə reallaşdırıb.
Malena Mard: Azərbaycanın nəqliyyat və logistik mərkəzə çevrilməsi üçün böyük potensialı var   (ƏLAVƏ OLUNUB)

Bakı. Ənvər Məmmədov - Trend:

Avropa İttifaqı (Aİ) 2016-cı ilədək Azərbaycanda TAIEX proqramı xətti üzrə müxtəlif sahələrdə 213 layihə reallaşdırıb. Trend-in məlumatına görə, bunu Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mard Bakıda dəniz limanlarında əməliyyatlar və idaretməyə həsr edilmiş seminarda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi nəzərə alınmaqla Şimalı Cənubla və Şərqlə Qərbi birləşdirən nəqliyyat və logistik mərkəzə çevrilməsi üçün böyük potensialı var: "Bakı dəniz limanı ilə Avropa limanları arasında əməkdaşlığın genişləndirilməsi, burada dünyanın qabaqcıl texnologiyalarının tətbiq edilməsi bu məqsədin reallaşdırılması üçün vacib addımdır. İnanıram ki, Bakı limanı Azərbaycanın Avrasiyanın nəqliyyat mərkəzinə çevrilməsində vacib rol oynayacaq".

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov isə bildirib ki, limanın ərazisində yaradılan azad ticarət zonası təkcə Azərbaycanın deyil, həm də regionun iqtisadiyyatına öz töhfəsini verəcək: "Biz qarşımıza məqsəd qoymuşuq ki, Avrasiyanın nəqliyyat və ticarət mərkəzinə çevrilək. Qeyd etmək istəyirəm ki, Antverpen limanı ilə memorandum imzalamışıq. Sinqapur, Dubay və Rotterdam kimi liman şəhərləri ilə əməkdaşlığı genişləndirir və onların təcrübələrini tətqbiq edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti