...

"PAŞA Həyat"ın "Təcrübəni bölüş" layihəsi uğurla davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2016 14:32 (UTC +04:00)
Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat” həyata keçirdiyi sosial layihələri çərçivəsində Azərbaycan Universitetində növbəti görüşünü təşkil edib.
"PAŞA Həyat"ın "Təcrübəni bölüş" layihəsi uğurla davam edir

Bakı. Trend:

Azərbaycanın ən iri sığorta şirkəti olan "PAŞA Həyat" həyata keçirdiyi sosial layihələri çərçivəsində Azərbaycan Universitetində növbəti görüşünü təşkil edib.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən Trend-ə verilən məlumata görə, "Təcrübəni bölüş" adlı görüşdə "PAŞA Həyat"ın Satış departamentinin direktoru Samir Kazımov və universitetin bir qrup tələbə heyəti iştirak edib. "PAŞA Həyat"ın təşəbbüsü ilə Azərbaycan Universitenin təşkil etdiyi görüşdə S.Kazımov uğurlu iş adamı olaraq tələbələrlə öz karyera təcrübəsini bölüşərək onlara gələcək iş həyatında faydalı məsləhətlər verib.

Görüşdə S.Kazımov "PAŞA Həyat"ın sığorta bazarındakı mövqeyindən, o cümlədən Azərbaycan sığorta bazarının inkişafının daha da sürətləndirilməsi üçün "PAŞA Həyat" tərəfindən bazara təqdim olunan müxtəlif seqmentlərə aid sərfəli həyat sığortası məhsullarının çeşidindən, eləcə də həyat sığortasının istənilən təbəqədən olan insanlar üçün vacibliyindən danışıb.

S.Kazımov daha sonra rəhbərlik etdiyi departamentin işinin təşkili və satş texnikaları kimi məsələlərə də toxunub. Görüşün sonunda tələbələrin sualları əsasında diskussiyalar aparılıb, real iş həyatı və əmək bazarında olan tələblər müzakirə edilib.

"PAŞA Həyat"ın "Təcrübəni bölüş" adlı layihəsi ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarını əhatə edir. Layihənin məqsədi şirkətdə çalışan uğurlu iş adamlarının tələbələrlə öz karyera təcrübəsini bölüşərək onlara gələcək iş həyatında faydalı məsləhətlər verərək onların kariyera imkanlarını daha düzgün istiqamətə yönəltməkdən ibarətdir.

Qeyd edək ki, "PAŞA Həyat" 2013-cü ilin iyul ayından başlayaraq ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının tələbələri üçün sığorta sahəsinə aid müxtəlif mövzularda ustad dərsləri də (Master Klasslar) təşkil edir. Bu layihənin əsas məqsədi iqtisadi sahədə təhsil alan tələbələrin sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqlarını, həmçinin bilik və bacarıq qabiliyyətlərini daha da artırmaq, eyni zamanda cəmiyyəti sığorta sahəsi haqqında maarifləndirməklə yanaşı, sığorta bazarının inkişafına dəstək olmaqdır.

İndiyədək təşkil olunan təlimlərdə müxtəlif ali təhsil ocaqlarından 2000-dək tələbə iştirak edib. Təlimdə iştirakçı sayının çox olması şirkətin sosial məsuliyyət çərçivəsində gənclərin sığorta sahəsində maariflənməyə verdiyi mühüm dəyərin bariz nümunəsi kimi qiymətləndirmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti