...

Azərbaycan-Cənubi Afrika Ticarət Palatasının təqdimatı olub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2016 20:57 (UTC +04:00)
Afrika qitəsinin iqtisadi mərkəzi hesab edilən CAR-ın Yohanesburq şəhərində Azərbaycan-Cənubi Afrika Ticarət Palatasının təsisi münasibətilə təqdimat mərasimi keçirilib.
Azərbaycan-Cənubi Afrika Ticarət Palatasının təqdimatı olub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Afrika qitəsinin iqtisadi mərkəzi hesab edilən CAR-ın Yohanesburq şəhərində Azərbaycan-Cənubi Afrika Ticarət Palatasının təsisi münasibətilə təqdimat mərasimi keçirilib.

Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə CAR-ın dövlət strukturları, biznes nümayəndələri, iş adamları, şirkət üzvləri ilə yanaşı, diplomatik korpusun üzvləri də iştirak edib.

Tədbirdə çıxış edən səfir Elxan Poluxov Azərbaycan hökuməti tərəfindən iqtisadiyyatın şaxələndirilməsi, eləcə də yeni bazarların müəyyənləşdirilməsi sahəsində həyata keçirilən islahatlar kontekstində Palatanın önəmli layihələr reallaşdıraraq müsbət nəticələrə imza atacağına ümidvar olduğunu bildirib. Azərbaycan və CAR arasında ikitərəfli münasibətlərin hərəkətverici qüvvəsinin iqtisadi əməkdaşlıq təşkil etdiyini bildirən səfir Azərbaycanda əlverişli biznes mühiti, həmçinin sərmayələrin qoyuluşu üçün münbit şərait yaradıldığını qeyd edib.

Tədbirdə həmçinin Ticarət Palatasının sədri Mayls Çambers çıxış edərək, iki dövlət arasında güclü diplomatik əlaqələr fonunda Ticarət Palatasının iqtisadi münasibətlərdə sabit yüksəlişin genişləndirilməsi, təşviqi və irəlilədilməsinə xidmət edəcəyini vurğulayıb. M.Çambers Ticarət Palatasının Cənubi Afrika və Azərbaycanın biznes dairələrinin hər iki ölkədə mövcud imkanlardan faydalanmağa yardım göstərəcəyini və bu xüsusda qarşılıqlı səfərlərin həyata keçirilməsinin planlaşdırıldığını əlavə edib.

Tədbirdə həmçinin AZPROMO tərəfindən çap edilmiş Azərbaycanın iqtisadi mühiti, investisiya layihələri və Azərbaycanda istehsal olunan məhsullara dair materiallar və Ticarət Palatasının broşürləri nümayiş etdirilib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti