...

Nazir müavini: Büdcədənkənar fondunun artırılması təkmilləşdirməyə xidmət edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2016 10:30 (UTC +04:00)
Vergilər Nazirliyinin büdcədənkənar fondunun vəsaitlərinin həcminin artırılması vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə xidmət edəcək.
Nazir müavini: Büdcədənkənar fondunun artırılması təkmilləşdirməyə xidmət edəcək

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Vergilər Nazirliyinin büdcədənkənar fondunun vəsaitlərinin həcminin artırılması vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə xidmət edəcək.

Vergilər nazirinin müavini Sahib Ələkbərov Trend-ə deyib ki, büdcədənkənar fond yalnız bu və ya digər sahələrdə çalışan işçilərin əmək haqlarına əlavə və ya mükafat demək deyil:

“Büdcədənkənar fond bir çox sahələrdə var. Bu, dünyanın bir çox ölkələrində tətbiq olunan bir məsələdir. Büdcədənkənar fondun əsas hissəsi sistemin inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə yönəldilir”.

Nazir müavini bildirib ki, ilk növbədə Vergilər Nazirliyi elektronlaşma səviyyəsi çox yüksək olan bir dövlət qurumudur və bu elektron məsələlərin həlli də kifayət qədər böyük vəsait tələb edir:

“Bizim əsas istiqamətimiz bunadır. Bundan başqa digər sahələr də var, o cümlədən işçilərin əmək haqlarına əlavələrin, onlara mükafatların verilməsi, yəni onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılacaq addımlar. Düşünürəm ki, bu işlərin görülməsi, yəni büdcədənkənar fondun həcminin artırılması vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, onun maddi-texniki bazasının gücləndirilməsinə xidmət edəcək ki, gələcək də biz onun nəticələrini vergi daxilolmalarında görəcəyik”.

Qeyd edək ki, Milli Məclisin iyunun 14-də keçirilən növbədənkənar plenar iclasında vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları hesabına vergi orqanlarının büdcədənkənar fondunun artırılmasına dair Vergi Məcəlləsinə dəyişiklik edilib. Dəyişiklikdən əvvəl, büdcədənkənar fond vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyalarının 25 faizi hesabına formalaşdırılırdı. İndi isə fond snaksiyaların 50 faizi hesabına formalaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti