...

Azər Türk Bank ASAN könüllülərinə sertifikatlar təqdim etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2016 17:39 (UTC +04:00)
Qeyd edək ki, təlimlərin il ərzində hər rübdə bir dəfə olmaqla müntəzəm şəkildə təşkil olunması nəzərdə tutulub.
Azər Türk Bank ASAN könüllülərinə sertifikatlar təqdim etdi

Bakı. Trend:

Azər Türk Bank və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə ASAN könüllüləri üçün bankçılıq sahəsində təşkil olunmuş 1 aylıq təlimlərdə iştirak etmiş könüllülərə sertifikatlar təqdim olunub.

Layihə "ASAN School" könüllülük proqramının “Master 2” pilləsinin biznes menecment istiqaməti üzrə reallaşdırılıb. Təlimlərin keçirilməsində məqsəd əhalinin maliyyə savadlılığının artırılmasına dəstək vermək, gənclərin şəxsi inkişafını təmin etmək və onların gələcək fəaliyyətləri üçün stimul yaratmaq olub.

Aprel ayında start verilmiş təlimlər zamanı Azər Türk Bankın əməkdaşları könüllülərin iqtisadiyyat, maliyyə, bank sektoru ilə bağlı biliklərinin artırılmasına kömək göstərib, onları maraqlandıran sualları cavablandırıblar. Təlimləri uğurlu nəticələrlə başa vurmuş gənclər Azər Türk Bankın təcrübə proqramına cəlb olunublar.

Qeyd edək ki, təlimlərin il ərzində hər rübdə bir dəfə olmaqla müntəzəm şəkildə təşkil olunması nəzərdə tutulub.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti