...

"Bank Standard"da təyin olunmuş məhdudiyyətlər tam aradan qalxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2016 01:30 (UTC +04:00)
İyulun 4-dən etibarən "Bank Standard" QSC-də istənilən məbləğdə əmanəti olanların pullarının verilməsinə başlanacaq.
"Bank Standard"da təyin olunmuş məhdudiyyətlər tam aradan qalxır

Bakı. Trend:

İyulun 4-dən etibarən "Bank Standard" QSC-də istənilən məbləğdə əmanəti olanların pullarının verilməsinə başlanacaq.

Trend-in məlumatına görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı ANS TV-yə müsahibəsində məlumat verib.

"Həftənin 1-ci günündən "Bank Standard"ın daha fundamental sağlamlaşdırılması prosesinə start veriləcək.

Bankın öhdəliklərinin icrası istiqamətində məhkəmə tərəfindən təyin olunmuş məhdudiyyətlər tam aradan qalxır və "Bank Standard" normal rejimdə fəaliyyətə başlayacaq. Bu barədə biz bazar ertəsi ictimaiyyətə daha ətraflı məlumat açıqlayacağıq" - deyə R.Aslanlı bildirib.

Qeyd edək ki, Bank Standard 1995-ci ildə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti