...

AccessBank kiçik və orta biznesin maliyyələşdirilməsi üçün QDTİB-dən 17 milyon ABŞ dolları cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2016 13:58 (UTC +04:00)

Bakı. Trend:

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda kiçik və orta biznesin inkişafını dəstəkləmək üçün AccessBank-a 17 milyon ABŞ dolları dəyərində kredit ayırıb.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

“Biz Qara Dəniz Ticarət və İnkişaf Bankı kimi mühüm səhmdarımızın və, eyni zamanda, uzunmüddətli tərəfdaşımızın dəstəyini yüksək qiymətləndiririk. Hazırkı mürəkkəb iqtisadi şəraitdə bu addım QDTİB tərəfindən bankımıza olan inam və etimadın mühüm göstəricisidir. Həmçinin, bu bir daha təsdiq edir ki, AccessBank öz səhmdarları tərəfindən tam dəstəklənir. Cəlb olunan vəsait Bankın kiçik və orta bizneslə məşğul olan müştərilərinə ayrılacaq. Həmin KOB müştərilərin böyük hissəsi ölkənin regionlarında fəaliyyət göstərir və, beləliklə, QDTİB-dən cəlb olunan vəsait regional iqtisadiyyatın inkişafının artırılmasına təkan verəcək”, - AccessBank adından İdarə Heyətinin sədri Michael Hoffmann bu sazişi şərh edib.

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb.

AccessBank Azərbaycanda aparıcı universal bank olaraq mikro və orta ölçülü bizneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Ölkə üzrə geniş filiallar şəbəkəsinə malik olan Bankda 1800-dən artıq əməkdaş çalışır və tam çeşidli xidmətlər təklif edir. FitchRatings agentliyi AceessBank-ı Azərbaycan bankları arasında ən yüksək kredit reytingi hesab edilən BB+ dərəcəsi ilə qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti