...

"Excelsior Hotel & Spa Baku" otelində əyləncəli tədbir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2016 11:17 (UTC +04:00)
“Excelsior Hotel & Spa Baku” otelində açıq hovuzun kənarında tədbir keçirilib.
"Excelsior Hotel & Spa Baku" otelində əyləncəli tədbir (FOTO)

Bakı. Trend:

“Excelsior Hotel & Spa Baku” otelində açıq hovuzun kənarında tədbir keçirilib. Tədbirdə paytaxtın qonaqları və sakinləri, işgüzar dairələrin və KİV-rin nümayəndələri iştirak ediblər.

Sərinləşdirici içkilər, ləzzətli təamlar və canlı musiqi hovuz ətrafında gözəl ab-hava yaratdı. Estrada müğənnilərinin ifasında populyar milli və xarici şlyagerlər hamının ürəyincə olub. Həmçinin, FMS Modelləri yay kolleksiyasını nümayiş ediblər.

Açılış mərasimində çıxış edən “Excelsior Hotel Baku” otelinin baş meneceri Turhan Poyraz qonaqlara yay hovuzunun yanında şəraitə və göstərilən xidmətlərə dair geniş informasiya verib. O qeyd edib ki, bundan sonra paytaxtımızın qonaqları və sakinləri şəhərdən kənara çıxmadan qızmar yay günlərində gözəl şəraitdə dincələ, günəş şüaları qəbul edə, suyun yanında axşam mehindən həzz ala biləcəklər.

Tədbirdə qonaqlar arasımda lotoreya oyunu keçirildi və qonaqlar “Excelsior Hotel & Spa Baku” otelindən, Türk Hava Yollarından, “Arçelik” və digər şirkətlərdən hədiyyələr uddular.

Qeyd edək ki, “Excelsior Hotel & Spa Baku” 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Otel 1 “İmperial “- lyuks, “Royal”- lyuks, 4 “Crown”-lyuks , 45 “Heritage” – deluks, 9 “Duke” – standard otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, “Aura” sağlamlıq mərkəzi və s.-dən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti