Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:30-da yayılıb)
Bakı. Azad Həsənli - Trend:
Azərbaycan Beynəlxalq Bankı (ABB) və "Bank Standard"dan başqa ölkədə bu gün problemli bank yoxdur.
Trend-in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ABB-nin bağlanması ilə bağlı məsələ gündəlikdə deyil: "Hər iki banka zəruri dəstək verilir".
R. Aslanlı qeyd edib ki, digər bankların hər hansı problemi yoxdur, onların hamısı normal rejimdə işləyirlər və kifayət qədər kapitala və likvidliyə malikdirlər".