Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə ərazisində Bakı-Tbilisi-Qars dəmir yolunun tikinti layihəsi 87 faiz başa çatıb.
Trend-in İHA agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslan deyib.
Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi qrafik üzrə gedir və Qars çayı üzərindən iki dəmir yolu körpüsü tikilir.