...

"Petkim"də Gülən hərəkətı tərəfdarlarına qarşı xüsusi əməliyyat keçirilir (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2016 09:58 (UTC +04:00)
Türkiyənin "Petkim" neft-kimya kompleksində Fətullah Gülən hərəkatı tərəfdarlarına qarşı xüsusi əməliyyat keçirilir.
"Petkim"də Gülən hərəkətı tərəfdarlarına qarşı xüsusi əməliyyat keçirilir (ƏLAVƏ OLUNUB)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin "Petkim" neft-kimya kompleksində Fətullah Gülən hərəkatı tərəfdarlarına qarşı xüsusi əməliyyat keçirilir. Bu barədə Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir.

Hazırda kompleks ərazisindəki binada axtarışlar həyata keçirilir. Əməliyyatın başqa detalları barədə açıqlama verilmir.

Daha öncə Direktorlar Şurasının sədri Vaqif Əliyev bildirmişdi ki, iyulun 27-dən etibarən "Petkim" holdinqində (SOCAR-ın Türkiyə aktivi) ayrı-ayrı departamentlərdən 27 nəfər işdən azad edilib.

Onun sözlərinə görə, SOCAR Türkiyədə restrukturizasiya prosesi çərçivəsində əvvəlki kimi bu ölkəyə investisiya yatırmağa davam edəcək: "Türkiyədə şirkətin investisiyaları 18 milyard dollar təşkil edir. Bununla da şirkət Türkiyədə ən iri xarici investordur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti