...

"Günəşli" yatağında yeni quyu qazılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2016 15:21 (UTC +04:00)
“Günəşli” yatağındakı 7 saylı dərin dəniz özülündə 318 nömrəli quyunun qazılmasına başlanılıb.
"Günəşli" yatağında yeni quyu qazılır

Trend-i buradan izləyin

Bakı. Trend:

“Günəşli” yatağındakı 7 saylı dərin dəniz özülündə 318 nömrəli quyunun qazılmasına başlanılıb.

Bu barədə Trend SOCAR-ın saytına istinadən məlumat verir.

“Azneft” İstehsalat Birliyi “28 May” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə SOCAR-AQŞ tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2850 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 80 ton neft hasil olunacağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti