...

Biznes Şura sədri: Türkiyə şirkətləri Azərbaycanda özəlləşdirmədə iştirak etməkdə maraqlıdırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2016 12:34 (UTC +04:00)
Türkiyə şirkətləri Azərbaycanda özəlləşdirmədə iştirak etməkdə maraqlıdırlar.
Biznes Şura sədri: Türkiyə şirkətləri Azərbaycanda özəlləşdirmədə iştirak etməkdə maraqlıdırlar

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə şirkətləri Azərbaycanda özəlləşdirmədə iştirak etməkdə maraqlıdırlar. Trend-in məlumatına görə, bunu Türkiyə-Azərbaycan Xarici İqtisadi Əlaqələr Təşkilatının biznes şurasının sədri Səlçuk Akat Bakıda jurnalistlərə deyib.

Onun sözlərinə görə, Türkiyə şirkətləri həmçinin Azərbaycanda investisiyaların artmasında maraqlıdırlar.

S.Akat qeyd edib ki, Türkiyə-Azərbaycan biznes şurasının fəaliyyəti Bakı və Ankara arasında iqtisadi sahədə münasibətlərin möhkəmləndirilməsi məqsədi daşıyır.

Onun sözlərinə görə, biznes şura Azərbaycanda Türkiyə şirkətlərinin və Türkiyədə Azərbaycan şirkətlərinin işini dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti