...

Amerika Ticarət Palatası Azərbaycanda aparılan vergi islahatlarını dəstəkləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2016 14:51 (UTC +04:00)
Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) Prezident İlham Əliyevin 4 avqust 2016-cı il tarixində imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncamı alqışlayır.
Amerika Ticarət Palatası Azərbaycanda aparılan vergi islahatlarını dəstəkləyir

Bakı. Trend:

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) Prezident İlham Əliyevin 4 avqust 2016-cı il tarixində imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncamı alqışlayır.

Bu barədə Trendə AmCham-dan məlumat verilib.

Azərbaycanda “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova qanunvericilikdə ediləcək dəyişiklikləri yüksək qiymətləndirərək bildirib: “Sevindiricidir ki, Palatamız tərəfindən hökumətə vergi inzibatçılığının təkmilləşdirilməsi və ölkədə biznes mühitinin yaxşılaşdırılmasına dair cari ilin əvvəlində təqdim edilən təkliflərin əksəriyyəti sözügedən sərəncamda öz əksini tapıb”.

“AmCham” hesab edir ki, digər mühüm məsələlərlə yanaşı, sərəncamda vergi inzibatçılığı prosedurlarının yüngülləşdirilməsi və vergi yükünün azaldılması, “vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə razılaşdırılması” (“Advance tax ruling”) qaydasının müəyyən edilməsi, kameral vergi yoxlamalarının vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməsi və bu müddət başa çatdıqda həmin vergi öhdəliklərinin hüquqi bəyannamələr üzrə kameral vergi yoxlamalarının qadağan olunması, “Könüllü vergi açıqlaması” (“Voluntary tax disclosure”) sisteminin tətbiqi və təşviqi mexanizminin hazırlanması, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı qaydalarının sadələşdirilməsi kimi qeyd olunmuş müddəalar olduqca vacibdir və ölkədə biznes mühitinin daha da yaxşılaşmasına xidmət edəcək.

“AmCham” və Palataya üzv şirkətlər ölkə hökumətinin 2016-cı ildə apardığı islahatlardan ilhamlanaraq sözügedən sərəncamda nəzərdə tutulan tapşırıqların icrası üçün malik olduğu bütün bilik və təcrübələrini təmin edərək əməkdaşlığa hazır olduğunu bildirir.
Qeyd edək ki, Azərbaycanda “AmCham” üzv şirkətlərin biznes maraqlarının inkişaf etdirilməsi, onlara lazımi xidmətlərin göstərilməsi və Azərbaycanda biznes mühitinin yaxşılaşması məqsədi ilə 1996-cı ildən etibarən fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti