...

9 bank üzrə 232 milyon manatdan artıq kompensasiya ödənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2016 16:32 (UTC +04:00)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən 01 sentyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 21 milyon 211 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 37 milyon 168 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 15 milyon 931 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 659 min manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 76 miyon 969 min manatdan artıq kompensasiya ödənilib.

Trend-in ADIF-in saytına istinadən verdiyi məlumaat görə, 1 sentyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 9 milyon 371 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 419 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 10 milyon 790 min manatdan artıq kompensasiya ödənilib.

1 sentyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 061 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 895 min 554 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 630 min manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 144 milyon 586 min manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 232 milyon 345 min manatdan artıq kompensasiya ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti