...

"Bank Standard"ın keçmiş sədri Azərbaycan Beynəlxalq Bankına qayıdıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2016 16:40 (UTC +04:00)
"Bank Standard"ın İdarə Heyətinin keçmiş sədri Abbas Nəsibov Azərbaycan Beynəlxalq Bankında (ABB) baş direktor təyin edilib.
"Bank Standard"ın keçmiş sədri Azərbaycan Beynəlxalq Bankına qayıdıb

Bakı. Azad Həsənli - Trend:

"Bank Standard"ın İdarə Heyətinin keçmiş sədri Abbas Nəsibov Azərbaycan Beynəlxalq Bankında (ABB) baş direktor təyin edilib.

Trend-in ABB-nin saytına istinadən verdiyi məlumata görə, A.Nəsibov bankın sayca üçüncü baş direktoru oldu. O, 2001-2014-cü illərdə ABB-nin Nəsimi filialının direktoru vəzifəsində çalışıb.

ABB-nin digər baş direktorları Hidayət Sultanov və Fuad İslamovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti