Bakı. Azad Həsənli - Trend:
"Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli qərarında dəyişikliklər edilib.
Trend-in məlumatına görə, dəyişikliklərə əsasən saflaşdırılmış misdən məftil hazırlanması üçün biçmələr, saflaşdırılmış misdən prokat üçün biçmələr və digər saflaşdırılmış misin idxalı üzrə gömrük rüsumları artıq lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaq şərtilə 10 faiz təşkil edəcək.
Mis əsasında liqaturalar, saflaşdırılmış misdən çubuqlar və profillər, digər mis ərintilərindən çubuqlar və profillərin idxalı üzrə rüsumlar da 1000 kq-a 300 ABŞ dollarından az olmamaq şərtilə 10 faiz təşkil edəcək.
Qeyd edək ki, Azərbaycanda mis və mis məmulatlarının idxalı üzrə gömrük rüsumları 1000 kq-a görə 15 dollar təşkil edir.