...

Azərbaycan-İordaniya hökumətlərarası komissiyasının növbəti iclası Əmmanda keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2017 11:32 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycan-İordaniya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının növbəti iclası aprel ayında Əmmanda keçiriləcək.

Bu barədə Trend-ə İordaniyanın Azərbaycandakı səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşneh bildirib.

Diplomatın sözlərinə görə, bu, komissiyanın sayca üçüncü iclasıdır:

"Sonuncu iclas 2011-ci ildə Bakıda keçirilib. Komissiyanın iclasında iki ölkə arasında ən müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti