Bakı. Azad Həsənli - Trend:
Azərbaycan Türkiyə ilə Naxçıvan Muxtar Respublikasında istehsal olunan malların tədarükü zamanı gömrük güzəştləri əldə etmək üçün danışıqlar aparır.
Bu barədə Trend-ə iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
Nazir müavini qeyd edib ki, Türkiyədə, xüsusilə də aqrar məhsulların gətirilməsinə görə gömrük rüsumları çox yüksəkdir:
"Biz Türkiyəyə ixracı genişləndirmək üçün danışıqlar aparırıq. Bu kontekstdə Naxçıvan MR-də istehsal olunan malların Türkiyəyə ixracına görə güzəşt əldə etmək istəyirik".
S.Babayev bildirib ki, söhbət Türkiyəyə müxtəlif məhsullar, o cümlədən mineral suların tədarükündən gedir:
"Azərbaycan danışıqların qısa müddətdə başa çatacağına ümid edir".