...

Nazir: Dövlət büdcəsinə təkrar baxılması bank sisteminin dayanıqlığının təmin olunması zərurəti ilə əlaqədardır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2017 18:41 (UTC +04:00)
2017-ci il Azərbaycanın dövlət büdcəsinə təkrar baxılması bank və maliyyə sisteminin dayanıqlığının təmin olunmasının zərurəti ilə əlaqədardır
Nazir: Dövlət büdcəsinə təkrar baxılması bank sisteminin dayanıqlığının təmin olunması zərurəti ilə əlaqədardır

Bakı. Azad Həsənli - Trend:

2017-ci il Azərbaycanın dövlət büdcəsinə təkrar baxılması bank və maliyyə sisteminin dayanıqlığının təmin olunması zərurəti ilə əlaqədardır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müvafiq qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, digər səbəblər arasında respublikanın xarici və daxili öhdəliklərinin nizamlanmasının vacibliyi durur.

S.Şərifov qeyd edib ki, Azərbaycan Beynəlxalq Bankı tərəfindən avroistiqrazların buraxılması üçün xarici borclanma həddini 4,5 milyard manatadək yüksəltmək planlaşdırılır.

İclasın sonunda dövlət büdcəsinə təkrar baxılması barədə qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Parlamentdəki mənbədən Trend-ə verilən məlumata görə, xərclərin artımı həmçinin Əmanətlərin Sığortalanması Fondu və SOCAR-a əlavə vəsaitlərin ayrılması ilə əlaqədardır. Bundan başqa, dövlət Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin təkrar strukturlaşdırılması üçün 4 milyard manat ayıracaq.

Mənbənin sözlərinə görə, 2017-ci ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 3,591 milyard manat təşkil edib. Bu rəqəm proqnozlaşdırılan 3,473 milyard manatı 3,4 faiz üstələyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti