...

"Bank of Baku"dan 20% ilkin ödənişlə 100.000 AZN-dək ipoteka krediti

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2017 19:38 (UTC +04:00)
Bank of Baku ipoteka kreditləri üzrə şərtlərini daha da yüngülləşdirdi.
"Bank of Baku"dan 20% ilkin ödənişlə 100.000 AZN-dək ipoteka krediti

Bakı. Trend:

Bank of Baku ipoteka kreditləri üzrə şərtlərini daha da yüngülləşdirdi.

Bankdan Trend-ə verilən məlumata görə, indi ev əldə etmək arzusunda olan şəxslər 100.000 AZN-dək İpoteka Kreditini güzəştli şərtlərlə minimal 20% İLKİN ÖDƏNİŞ etməklə əldə edə bilərlər.

Azərbaycan İpoteka Fondu tərəfindən ayrılan vəsaiti hesabına Bank of Baku tərəfindən təklif olunan İpoteka Kreditlərinin maksimal ÖDƏNİŞ MÜDDƏTİ 25 İL, İLLİK FAİZ DƏRƏCƏSİ 8% təşkil edir.

Kreditin rəsmiləşdirilməsi üçün tələb olunan ilkin sənədlər aşağıdakılardan ibarətdir:

Şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti;
Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;
Yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;
İş yerini və gəlirlərini təsdiq edən sənədlər.

Mənzil sahibi olmaq istəyən şəxslər https://e-ipoteka.az/ saytından qeydiyyat keçib, ərizə formasını doldurmaqla Bank of Baku-ya müraciət edə bilərlər.

Bank of Baku-nun təqdim etdiyi İpoteka krediti haqqında daha ətraflı məlumatı 145 Məlumat Mərkəzinə zəng etməklə və ya banka yaxınlaşmaqla əldə etmək olar.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Məqalədə:
Xəbər lenti

Xəbər lenti