...

"Azər Türk Bank"dan sığortasız kredit

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2017 18:45 (UTC +04:00)
Daim müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsində köməklik edən Dövlət bankı Azər Türk Bank bu dəfə hamı üçün sığortasız “İstehlak” krediti təklif edir.
"Azər Türk Bank"dan sığortasız kredit

Bakı. Trend:

Daim müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsində köməklik edən Dövlət bankı Azər Türk Bank bu dəfə hamı üçün sığortasız “İstehlak” krediti təklif edir.

Bankdan Trend-ə verilən məlumata görə, müştərilər öz gəlirlərini təsdiqləməklə bu kredit növündən 36 aylıq müddətinə faydalana bilərlər. Kreditin maksimal məbləği 15 000 AZN-dəkdir. İllik faiz dərəcəsi AZN üçün 26-29%, USD üçün isə 15-18% təşkil edir. Kredit növü ilə ətraflı olaraq bu linkdən tanış olmaq olar: http://azerturkbank.az/loans/consumer/info/

Müştərilər Bankın bu kredit növündən başqa əmək haqqı müştəirləri üçün Korporativ kredit, "Madame Coco" və "Decoria" mağazalarından alış-veriş etmək istəyənlər üçün zaminsiz kredit, yalnız şəxsiyyət vəsiqəsilə Əmanət qarşılığında kredit, İpoteka krediti və Ödəniş kartı vasitəsilə açılan kredit xəttindən də yararlana bilərlər.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti