Bakı. Ənvər Məmmədov - Trend
Uğur Koç “PASHA Bank”ın Türkiyədəki törəmə şirkəti “PASHA Yatırım Bankası”nın baş direktorunun müavini təyin olunub.
Trend bu barədə banka istinadən məlumat verir.
Bu təyinatla “PASHA Yatırım Bankası”nın baş direktoru Cenk Eynihanın müavinlərinin sayı üçə çatıb.
Qeyd edək ki, Uğur Koçdan başqa bu vəzifədə Əli İhsan Tokkuzun və Ayşə Hale Yıldırım çalışır.