...

Bakıda Azərbaycan-Belarus biznes-forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2017 12:35 (UTC +04:00)
Bakıda Azərbaycan-Belarus biznes-forumu keçiriləcək.
Bakıda Azərbaycan-Belarus biznes-forumu keçiriləcək

Bakı. Trend:

Azərbaycan-Belarus biznes-forumu keçiriləcək.

Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir ki, oktyabrın 17-də Belarus iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Belarus biznes-forumu keçiriləcək.

Foruma iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 15-dək Belarus şirkətinin qatılacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti