...

Bank VTB-nin (Azərbaycan) idarə heyətinə yeni təyinat olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2017 15:07 (UTC +04:00)
Bank VTB-nin (Azərbaycan) idarə heyətinin yeni üzvü bankın maliyyə departamentinin müdiri Roman Rudakov təyin olunub.
Bank VTB-nin (Azərbaycan) idarə heyətinə yeni təyinat olub

Bakı. Trend:

Bank VTB-nin (Azərbaycan) idarə heyətinin yeni üzvü bankın maliyyə departamentinin müdiri Roman Rudakov təyin olunub.

Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Roman Rudakov Belqorod Dövlət Universitetini, eləcə də Moskva Dövlət polad və ərintilər institutunu bitirib. Bank sahəsində böyük təcrübəyə malikdir: o, Rusiyanın “Uralsib”, “PromServisBank”, “Bank Aleksandrovski” və digər banklarında rəhbər vəzifələrdə çalışıb.

2017-ci ildən bank VTB (Azərbaycan)-ın maliyyə departamentinə rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti