...

Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində yeni körpünün tikintisinə başlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2017 13:14 (UTC +04:00)
Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisinə başlanıb.
Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində yeni körpünün tikintisinə başlanıb

Bakı. Trend:

Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisinə başlanıb.

Trend-in məlumatına görə, bu gün “Samur” gömrük buraxılış məntəqəsinin və Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən “Yaraq-Qazmalar” buraxılış məntəqələrinin ərazisində yeni körpünün təməlqoyma mərasimi keçirilib.

Mərasimdə Azərbaycan hökuməti adından nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, Rusiya tərəfdən isə bu ölkənin nəqliyyat naziri Maksim Sokolov, Dağıstanın rəhbəri vəzifəsini icra edən Vladimir Vasilyev və digər rəsmi şəxslər iştirak ediblər.

Yeni körpü ikizolaqlı yoldan ibarət olacaq. Körpünün uzunluğu 325,3 m, eni 17,3 m təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti