...

TRACECA-nın Azərbaycan hissəsində yükdaşıma artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Noyabr 2017 16:26 (UTC +04:00)
Dəhliz vasitəsilə daşınmış yüklərin 19,0 faizini və ya 7386,3 min tonunu tranzit yüklər təşkil edib.
TRACECA-nın Azərbaycan hissəsində yükdaşıma artıb

Bakı. Trend:

2017-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 38 911,8 min ton (ötən ilin analoji dövrü ilə müqayisədə 4,7 faiz çox), yük dövriyyəsi isə 8343,7 milyon ton-km olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, yüklərin 24 013,0 min tonu və ya 61,7 faizi avtomobil nəqliyyatı, 9589,8 min tonu və ya 24,7 faizi dəmir yolu nəqliyyatı, 5309,0 min tonu və ya 13,6 faizi dəniz nəqliyyatı ilə daşınıb.

2016-cı ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 4,7 faiz artım müşahidə edilib.

Dəhliz vasitəsilə daşınmış yüklərin 19,0 faizini və ya 7386,3 min tonunu tranzit yüklər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti