...

BTQ ilə daşımaların tarifi azaldılıb - 2018-ci il üçün (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2017 16:35 (UTC +04:00)
Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (TMTM) beynəlxalq assosiasiyası iclasının iştirakçıları Bakıda yekun protokol imzalayıb
BTQ ilə daşımaların tarifi azaldılıb - 2018-ci il üçün (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (TMTM) beynəlxalq assosiasiyası iclasının iştirakçıları Bakıda yekun protokol imzalayıb.

Trend-in məlumatına görə, sənədi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Qazaxıstan dəmir yolları” şirkətinin prezidenti Kanat Alpısbayev, “Gürcüstan Dəmir Yolları”nın sədr müavini Aleksiy Nikolaşvili, “Türkiyə Dəmir Yolları”nın yük daşımaları üzrə baş direktoru Veysi Kurt, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbəri Rauf Vəliyev, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov və Batumi dəniz limanının baş direktor müavini İlyas Mukatov imzalayıb.

Protokol gələn il TMTM və Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə daşımaların tarifinin azaldılmasını təsdiq edib.

Qeyd edək ki, oktyabrın 30-da BTQ dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib. BTQ dəmiryolu ilə hərəkət edən ilk yük qatarı noyabrın 3-də Qarsa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti