...

Bank VTB-nin (Azərbaycan) Müşahidə Şurasının yeni sədri təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2017 17:36 (UTC +04:00)
Denis Bortnikov bank VTB (Azərbaycan)-ın Müşahidə Şurasının sədri təyin edilib.
Bank VTB-nin (Azərbaycan) Müşahidə Şurasının yeni sədri təyin edilib

Bakı. Trend:

Bank VTB-nin (Azərbaycan) Müşahidə Şurasının yeni sədri təyin edilib.

Bank VTB-nin (Azərbaycan) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bankın Müşahidə Şurasının sədri vəzifəsinə Bank VTB (PSC) idarə heyəti sədrinin - prezidentinin müavini Denis Aleksandroviç Bortnikov təsdiq edilib.

Denis Aleksandroviç 20 ildən artıqdır ki, bank sahəsində və bu müddətin 11 ilini VTB Qrupda çalışır. O, ali təhsilini Sankt-Peterburq İqtisadiyyat və maliyyə universitetində alıb və 1996-cı ildə universiteti “milli iqtisadiyyat” ixtisası üzrə bitirib.

Sankt-Peterburq dövlət iqtisadiyyat universitetinin qəyyumluq və “Leninqrad vilayətinin ticari-sənaye palatası” Assosiasiyasının şuralarına daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti