...

Bu gün BTQ ilə Türkiyədən Azərbaycana ilk qatar yola düşür

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2017 12:57 (UTC +04:00)
Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyədən Azərbaycana ilk qatar yola düşəcək
Bu gün BTQ ilə Türkiyədən Azərbaycana ilk qatar yola düşür

Bakı. Rufiz Hafizoğlu - Trend:

Bu gün Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə Türkiyədən Azərbaycana ilk qatar yola düşəcək.

Trend-in məlumatına görə, Mersin əyalətindən yola düşəcək qatar 32 konteynerdən ibarətdir və 650 ton yük daşıyır.

Qatarın Bakıya 96 saat ərzində çatacağı bildirilir.

Qeyd edək ki, oktyabrın 30-da BTQ dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti