Bakı. Ənvər Məmmədov - Trend:
"Unibank" hazırda konsolidasiya ilə bağlı danışıqlar aparmır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə bankın İdarə Heyətinin sədri Faiq Hüseynov deyib.
O qeyd edib: "Hazırda bizim konsolidasiya ilə bağlı heç bir işçi planımız yoxdur. Ötən il nizamnamə kapitalımızı artırdıq, ili mənfəətlə başa vurduq. Lakin biz hər hansı bankla birləşmə üzrə təkliflərə baxmağa həmişə hazırıq".
İdarə Heyətinin sədri bankın bağlanması barədə söz-söhbətə də münasibət bildirib: "Bank həmişə kimi müştərilərinə xidmət etməyə hazırdır".
"Unibank"ın 2018-ci ildə planlarına toxunan F.Hüseynov bildirib ki, bank aktiv kreditləşdirmə, həmçinin rəqəmsal xidmətlərin genişləndirilməsini planlaşdırır.