...

Bakıda ilkin mənzil bazarı bahalaşacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2018 16:03 (UTC +04:00)
2018-ci ilin əvvəlindən Bakının ilkin daşınmaz əmlak bazarında artım üç faiz olub.
Bakıda ilkin mənzil bazarı bahalaşacaq

Bakı. İlkin Şəfiyev - Trend:

2018-ci ilin əvvəlindən Bakının ilkin daşınmaz əmlak bazarında artım üç faiz olub.

Trend-in məlumatına görə, bunu “MBA Group” konsaltinq şirkətinin baş direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

Fevral ayı ərzində ilkin mənzil bazarında bahalaşma 1%-dən çox olub, ilin əvvəlindən isə 3%-dən çox qiymət artımı qeydə alınıb. Ehtimal edilir ki, bu tendensiya il ərzində davam edəcək".

N.İbrahimovun sözlərinə görə, torpaq bazarında da mövsümi qiymət artımı müşahidə olunur. Təkrar mənzil bazarında isə qiymətlərdə azalma var.

Ekspert bildirib ki, avtomobil bazarında, ilin əvvəlindən bahalaşma müşahidə edilirdi, amma fevral ayında qiymətlərdəki stabilliklə əlaqədar bir 1,8 faiz azalma var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti