Bakı. İlkin Şəfiyev - Trend:
"Tacir Kart" xidməti "PASHA Bank" müştəriləri üçün kredit ərizələrinin baxılması prosesini sadələşdirəcək.
Bunu Trend-ə müsahibəsində bankın kiçik və orta bizneslə iş üzrə departament direktoru Aleksandr Qolovko deyib.
Departament direktorunun sözlərinə görə, bu kart sahiblərinə bank tərəfindən kredit verilməsini də təmin edir.
Nümayəndə əlavə edib: "Kredit xəttindən qısamüddətli maliyyələşmə lazım olan müəssisələr də istifadə edə bilərlər".
Qeyd edək ki, "PASHA Bank" Azərbaycanın bank bazarında 2007-ci ildən fəaliyyət göstərir.