Bakı. Trend:
Bakıda Azərbaycan-Polşa İşgüzar görüşü keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Trend-ə verilən məlumata görə, işgüzar görüş mayın 17-də Polşa iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində fondun təşkilatçılığı ilə keçiriləcək.
Tədbirə kənd təsərrüfatı və qida sahəsində fəaliyyət göstərən 7 Polşa şirkətinin qatılacağı gözlənilir.