...

IFC Azərbaycana valyuta axını üçün alternativ mənbələr yaratmaqda kömək etməyə hazırdır (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2018 07:58 (UTC +04:00)
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycana ölkəyə valyuta axını üçün alternativ mənbələr yaratmaqda kömək etməyə hazırdır
IFC Azərbaycana valyuta axını üçün alternativ mənbələr yaratmaqda kömək etməyə hazırdır (ÖZƏL)

Bakı. Ənvə Məmmədov - Trend:

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycana ölkəyə valyuta axını üçün alternativ mənbələr yaratmaqda kömək etməyə hazırdır.

Bunu Trend-ə IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri Yan van Bilsen bildirib.

Regional menecer deyib: "IFC müxtəlif istehsal sektorunda şəffaf idarəetmə ilə rəqabətqabiliyyətli müəssisələrə, o cümlədən ölkəyə xarici valyuta axın üçün alternativ mənbələr yaratmaqda kömək üçün ixraca meylli sahələrə investisiyalar üçün açıqdır".

Onun sözlərinə görə, Korporasiya həmçinin özəl sektorun rolunu gücləndirməyə kömək etməklə Azərbaycan iqtisadiyyatının diversifikasiyası prosesini dəstəkləməyə çalışır.

Yan van Bilsen hesab edir ki, investisiya mühiti və tənzimlənməsi sahəsində davam edən islahatlar sərmayədarların özəl sektora kapital qoyması məsələsində etimadın möhkəmlənməsi vacibdir və ölkənin iqtisadi diversifikasiyana öz töhfəsini verir: "Son hadisələr, o cümlədən 2014-cü ildə neftin qiymətinin düşməsi, göstərdi ki, Azərbaycan da daxil olmaqla, bir çox region ölkələri daha az dövlət resurslarına və daha çox özəl sektor bel bağlayaraq digər artım modelinə keçməlidirlər. Bu o deməkdir ki, yeni artım mənbələri istifadə etmək lazımdır. Bir çox hökumətlər bunu etiraf edir və bu istiqamətdə addımlar atır. Tərəqqinin sürətləndirilməsi və dəstəklənməsinin əsas amillərindən biri özəl sektorun əsas artım amilinə çevrilməsi sayılır".

Regional menecer qeyd edib ki, IFC xüsusilə hökumətin infrastrukturun yaxşılaşdırılmasında cəmləşmək və ölkə daxilində və beynəlxalq səviyyədə əlaqələrin genişləndirilməsi səylərini alqışlayır: "IFC Azərbaycanda infrastruktur sektorunda işləməyə hazırdır. Məsələn, energetika sahəsində, tullantıların idarə olunması və nəqli, bu sahələrin özəl sektora açıq olması şərti ilə. IFC hökumətlə özəl sektor arasında əməkdaşlıq çərçivəsində tranzaksiyaların məsləhət dəstəyi vasitəsilə ayrı-ayrı ictimai infrastruktur layihələri üçün özəl investisiyaların cəlb edilməsində hökuməti dəstəkləməyə hazırdır. Bu, büdcə yükünü azaltmağa və dövlət investisiyalarının və aktivlərinin səmərəliliyini artırmağa kömək edə bilər".

Qeyd edək ki, Azərbaycan 1995-ci ildən Beynəlxalq Maliyyə Korporasiyasının üzvüdür. İndiyə qədər IFC Azərbaycanda maliyyə xidmətləri, infrastruktur və istehsal sahələrini əhatə edən layihələrə 500 milyon dollardan artıq vəsait ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti