...

Bakı Limanında satınalınma ilə bağlı müsabiqənin müddəti uzadılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2018 15:42 (UTC +04:00)
“Sokol” tipli Portal kranların sökülmə işlərinə dair xidmətlərinin satınalınması ilə əlaqədar elan edilmiş açıq müsabiqənin müddəti uzadılıb.
Bakı Limanında satınalınma ilə bağlı müsabiqənin müddəti uzadılıb

Bakı. Trend:

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətində Bakı Limanında mövcud olan “Sokol” tipli Portal kranların sökülmə işlərinə dair xidmətlərinin satınalınması ilə əlaqədar elan edilmiş açıq müsabiqənin müddəti uzadılıb.

QSC-dən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtləri) və qiymət təklifini (möhürlənmiş zərfdə) 22 oktyabr 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 23 oktyabr 2018-ci il saat 16:30-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər:

Əlaqə telefonları: 498-91-84; 599-00-03 (1401).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti