...

“Silk Way” daha bir “Boeing 747” yük təyyarəsi alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2018 16:53 (UTC +04:00)
“Silk Way” aviaşirkəti hava gəmiləri parkına daha bir “Boeing 747” yük təyyarəsi əlavə edib.
“Silk Way” daha bir “Boeing 747” yük təyyarəsi alıb

Bakı. Trend:

Azərbaycanın milli yük aviadaşıyıcısı “Silk Way”in sərəncamına daha bir “Boeing 747-400” təyyarəsi daxil olub.

“Silk Way”dən Trend-ə verilən məlumata görə, bu, aviaşirkət tərəfindən istismar olunacaq artıq onuncu “Boeing-747” tipli təyyarədir.

Yeni təyyarənin tədarükü aviaşirkətə uçuş coğrafiyasını daha da genişləndirməyə imkan verəcək.

Son 10 il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu yük aviadaşımalarının böyük logistik mərkəzinə çevrilib. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıdıb.

Yükdaşıma bazarında özünü çox yaxşı sübut etmiş yeni genişfüzelyajlı uzaq magistrallı "Boeing 747-8F" təyyarələrinin alınması bu strategiyanın həyata keçirilməsinin mühüm bir hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti