Bakı. Azad Həsənli - Trend:
Tevfik Belgin Azərbaycanın SOCAR dövlət şirkətinə məxsus "Petkim" neft-kimya kompleksində müstəqil üzv postunu tərk edib. Trend-in məlumatına görə, o hazırda "Nuh Cimento" şirkətində Direktorlar Şurasına rəhbərlik edir.
Başqa bir dəyişiklik isə şirkətin İdarə Heyətinə Osman Dinçbaşın daxil edilməsi ilə bağlıdır.
Qeyd edək ki, hazırda "Petkim"ə Vaqif Əliyev rəhbərlik edir. O, eyni zamanda "SOCAR Turkey"in İdarə Heyətinin sədridir.