...

Bank Respublika yeni il öncəsi depozit faizlərini 1% yüksəldib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2018 17:59 (UTC +04:00)
Yeni il ərəfəsində Bank Respublika müştərilərini daha bir sərfəli kampaniya ilə sevindirməyə tələsir.
Bank Respublika yeni il öncəsi depozit faizlərini 1% yüksəldib

Trend-i buradan izləyin

Bakı. Trend:

Yeni il ərəfəsində Bank Respublika müştərilərini daha bir sərfəli kampaniya ilə sevindirməyə tələsir.

Bankdan Trend-ə verilən məlumata görə, 2019-cu ilin yanvarın 31-dək bankdamilli valyutada əmanət yerləşdirən müştərilər bank tərəfindən müəyyən olunmuş illik faiz dərəcələrindən əlavə+1% gəlir əldə edə biləcəklər.

Bank Respublika-da əmanətlərin yerləşdirməsinin bir neçə üstünlükləri də var. Əmanətin qarşısında sərfəli şərtlər ilə kredit almaqla yanaşı Mobil və İnternet Şöbə xidmətlərindən tam pulsuz istifadə etmək olar.

Bank Respublika AR Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və Banka yatırılan bütün əmanətlər Fondun şərtlərinə uyğun olaraq sığortalanır.

Yeni ildə vəsaitlərini etibarlı şəkildə qorumaq və əlavə gəlir əldə etmək istəyirsinizsə bu fürsəti əldən verməyin!

Əmanətlərlə bağlı daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti