...

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaltdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2019 11:46 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini 9,75 faizdən 9,25 faizə qədər azaldıb.
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaltdı

Bakı. Sara İsrafilbəyova - Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini 9,75 faizdən 9,25 faizə qədər azaldıb.

Trend-in məlumatına görə, bunu AMB-nin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.

Uçot dərəcəsinin yuxarı həddi 11,75 faizdən 11,25 faizədək, aşağı həddi isə 7,75 faizdən 7,25 faizədək endirilib.

AMB sədri bildirib ki, uçot dərəcəsinin və faiz dəhlizinin göstəricilərinin azaldılması neft qiymətlərinin sabitləşməsi, aşağı inflyasiya və sabit makroiqtisadi vəziyyətlə əlaqəlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti