...

DGK dövlət büdcəsinə ayırmalarını xeyli artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2019 06:16 (UTC +04:00)
2019-cu ilin mart ayında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 348,4 milyon manat köçürüb, bu da ötən ilin analoji dövrü ilə müqaisədə 23,8 faiz çoxdur.
DGK dövlət büdcəsinə ayırmalarını xeyli artırıb

Bakı. Xeyrəddin Nəsirzadə - Trend:

2019-cu ilin mart ayında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 348,4 milyon manat köçürüb, bu da ötən ilin analoji dövrü ilə müqaisədə 23,8 faiz çoxdur. Bu barədə Trend DGK-nın stastistik göstəricilərinə istinadən xəbər verir.

DGK-nın xətti ilə büdcəyə daxilolmalar 4 istiqamət üzrə formalaşır: gömrük rüsumları, əlavə dəyər vergisi (ƏDV), aksiz vergisi və yol vergisi.

Cari ilin mart ayında gömrük vergiləri 78,66 milyon manat və ya bütün daxilolmaların 22,6 faizi, ƏDV - 218,16 milyon manat (62,62 faiz), aksizlər - 48,16 milyon manat (13,8 faizə yaxın), yol vergisi - 3,4 milyon manat (bir faizə yaxın).

2019-cu ilin yanvar-mart aylarında ötən ilin analoji dövrü ilə müqaisədə gömrük vergilərindən daxilolmalar 17,8 faiz, ƏDV-dən - 40,4 faiz, aksizlərdən - təxminən üç dəfə, yol vergisindən - 19,3 faiz artıb.

Qeyd olunan dövr ərzində Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmalar 1,01 milyard manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti