...

Azərbaycan Rusiyadan taxıl idxalını 3 dəfə artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2019 21:02 (UTC +04:00)
Rusiyadan Azərbaycana taxıl və taxıl məhsullarının idxalı bu ilin ikinci yarısında 857 min ton təşkil edib
Azərbaycan Rusiyadan taxıl idxalını 3 dəfə artırıb

Bakı. Eldar Canaşvili - Trend:

Rusiyadan Azərbaycana taxıl və taxıl məhsullarının idxalı bu ilin ikinci yarısında 857 min ton təşkil edib.

Trend-in məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

Azərbaycana ixrac olunan taxılın payı Rusiyanın ümumi taxıl ixracının təxminən dörd faizini təşkil edir.

Azərbaycan Rusiyadan taxıl ixrac edən ölkələr arasında ilk beşlikdə yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti