...

Qoşqar Təhməzli: Bu il kənd təsərrüfatı məhsullarının ümumi istehsalı 7,2 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2019 14:05 (UTC +04:00)
Özəl sektorun inkişafı Azərbaycanın iqtisadi siyasətinin aparıcı vektorudur və iqtisadi islahatların davam etməsi üçün qida təhlükəsizliyi sahəsini də inkişaf etdirmək lazımdır
Qoşqar Təhməzli: Bu il kənd təsərrüfatı məhsullarının ümumi istehsalı 7,2 faiz artıb

Bakı. Nərgiz İsmayılova - Trend:

Özəl sektorun inkişafı Azərbaycanın iqtisadi siyasətinin aparıcı vektorudur və iqtisadi islahatların davam etməsi üçün qida təhlükəsizliyi sahəsini də inkişaf etdirmək lazımdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbəri Qoşqar Təhməzli İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) kənd təsərrüfatı nazirlərinin Bakıda keçirilən iclasında deyib.

Onun sözlərinə görə, son illər ərzində kənd təsərrüfatında islahatlar sayəsində qida məhsullarının istehsalı sektoru artıb ki, bu da qida istehsalının təhlükəsizlyinin təmin olunmasını aktuallaşdırır.

Q.Təhməzli bildirib ki, bu ilin yanvar-oktyabr aylarında kənd təsərrüfatı məhsullarının ümumi istehsalı 7,2 faiz, heyvandarlıq sahəsində istehsal 2,7 faiz, ərzaq istehsalı 9 faiz artıb. Həmin dövr ərzində ixrac olunan həcmi 49,5 faiz, meyvə və tərəvəz sularının ixracı 33,7 faiz, çay ixracı 20 faiz, faydalı qida əlavələrinin ixracı 9,6 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti