...

Azərbaycanda ÜDM-nin həcmi 72 milyard manatı ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2019 16:50 (UTC +04:00)
2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq 72 milyard 852,2 milyon manat təşkil edib.
Azərbaycanda ÜDM-nin həcmi 72 milyard manatı ötüb

Bakı. Elçin Mehdiyev - Trend:

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq 72 milyard 852,2 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 0,2 faiz artıb.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 15,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,1 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,9 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,5 faiz, sənayedə 1,5 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 0,5 faiz, digər xidmət sahələrində 3,3 faiz artıb, tikintidə isə 6,4 faiz azalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 7357,8 manata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti