...

Çinlə Azərbaycan arasında daha bir dəmiryol marşrutu açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2020 13:57 (UTC +04:00)
Çinlə Azərbaycan arasında daha bir dəmiryol marşrutu açılıb

Bakı. Jalə Qasımova - Trend:

Sentyabrın 10-da Çinin şərqindəki Çjetszyan əyalətinin Tszinhua şəhərindən ixrac məhsulları daşıyan 100 konteynerdən ibarət yük qatarı Bakıya yola düşüb.

Trend-in məlumatına görə, bu, Çin-Avropa dəmiryol yükdaşımaları çərçivəsində sayca 12-ci marşrutun açılmasını ifadə edir.

Qeyd olunur ki, əsasən dəmir məmulatlar və gündəlik məişət məhsulları ilə yüklənmiş qatar yeni marşrutla Sintszyan-Uyğur muxtar rayonunda Horqos sərhəd-keçid məntəqəsindən sərhədi keçəcək, Qazaxıstanın Xəzər dənizindəki Aktau limanına, buradan bərə ilə Bakının Ələt limanına, daha sonra Heybət stansiyasına çatacaq.

Multimodal marşrutla daşıma müddətinin 15-18 gün çəkəcəyi gözlənilir ki, bu da əvvəlki marşrutlardan təxminən 30 faiz daha sürətlidir.

Hələlik Tszinhuadan Bakıya yalnız birtərəfli reys fəaliyyət göstərir, amma qatarların göndərilməsi tezliyi çoxalacağı təqdirdə, eləcə də stabil yük mənbələri olacağı halda əks istiqamətdə reysin açılması nəzərdən keçirilə bilər.

Statistikaya əsasən, ilin əvvəlindən sentyabrın 10-dək Tszinhuadan 17 286 konteynerli 210 qatar yola düşüb. Avqust ayında 4 719 konteynerli 54 qatar yola salınıb ki, bu da iyul ayı ilə müqayisədə 585 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti