...

İtaliya Azərbaycanla əməkdaşlıq üçün Aİ-dən şirkətlərin cəlb olunmasına kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2020 12:48 (UTC +04:00)
İtaliya Azərbaycanla əməkdaşlıq üçün Aİ-dən şirkətlərin cəlb olunmasına kömək edəcək

Bakı. Ceyla Əliyeva - Trend:

İtaliya Azərbaycanla əməkdaşlıq üçün Avropa İttifaqı (Aİ) ölkələrindən şirkətlərin cəlb olunmasına kömək edəcək.

Trend-in məlumatına görə, bunu İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi “Aİ-Azərbaycan 2020-2022” onlayn biznes forumunda deyib.

O bildirib ki, bu unikal imkan Azərbaycanla əməkdaşlıqda və layihələrin reallaşdırılmasında maraqlı olanlar üçün təklif ediləcək.

M.Traldi əlavə edib ki, əməkdaşlığın inkişafında ən vacibi ölkədə güclənməkdə və təkmilləşməkdə olan “biznes üçün biznes” formatıdır:

“Azərbaycan şirkətləri sürətlə inkişaf edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti