...

İpoteka Fondunun bazasına yeni mənzillər əlavə olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2020 14:12 (UTC +04:00)
İpoteka Fondunun bazasına yeni mənzillər əlavə olunacaq

Bakı. Zeyni Cəfərov - Trend:

İpoteka və Kredit Zəmanət Fondunun bazasına yeni mənzillər əlavə olunacaq.

Trend-in məlumatına görə, bu barədə Fondun kirayə mənzillər üzrə mexanizmlərlə bağlı onlayn konfransı zamanı bildirilib.

Qeyd olunub ki, hazırda Fondun bazasında 983 mənzil yer alır. Bazaya, əsasən Bakı şəhərinin Babək prospektində və 9-cu mikrorayonda yerləşən mənzillərin əlavə olunması planlaşdırılır.

Babək prospektində mənzil satışı bri kvadrat metr üçün 1 350 manatdan, 9-cu mikrorayonda 1 380 manat başlayacaq.

Qeyd edək ki, mənzillərin satış öhdəliyi ilə kirayəyə götürülməsi mexanizmindən istifadə etmək istəyən vətəndaşlar "e-gov.az" saytında elekton formada müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti